Azərbaycanın kişilərdən ibarət basketbol millisi Kanadaya məğlub olub

Azərbaycanın kişilərdən ibarət basketbol millisi Kanadaya məğlub olub

Basketbolun 3x3 növü üzrə kişilərdən ibarət Azərbaycan millisi Dünya Kubokunun Bakıda keçirilən seçmə mərhələsində ilk oyununa çıxıb.

SİA xəbər verir ki, B qrupunda mübarizə yığma Kanada ilə üz-üzə gəlib. Görüş rəqibin 22:7 hesablı qələbəsi ilə yekunlaşıb.

Komanda növbəti görüşünü bu gün Böyük Britaniyaya qarşı keçirəcək. Matç saat 20:55-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə