Robert Levandovski “İnter”lə cavab matçında oynayacaq...

Robert Levandovski “İnter”lə cavab matçında oynayacaq...

İspaniyanın “Barselona” komandasının futbolçusu Robert Levandovski Çempionlar Liqasının yarımfinal mərhələsinin "İnter"lə cavab matçında oynaya biləcək.

SİA xəbər verir ki, aprelin 19-da ölkə çempionatında “Selta” ilə keçirilən oyunda sıradan çıxan polşalı hücumçunun zədəsi ciddi deyil. O, Milanda təşkil olunacaq görüşdə komandasına kömək edə biləcək.

İlk matç 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. Cavab qarşılaşması mayın 6-da keçiriləcək.

Qeyd edək ki, bu mövsüm Robert Levandovski Kataloniya təmsilçisinin heyətində 48 oyunda 40 qolla yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə