Səudiyyə Ərəbistanının “Əl-Əhli” Futbol Klubu tarixdə ilk dəfə Asiya Çempionlar Liqasının qalibi olub. SİA xəbər verir ki, ərəb klubu həlledici görüşdə Yaponiyanın "Kawasaki Frontale" komandasına qalib gəliblər . Ciddədəki "King Abdullah Sports City" stadionunda keçirilən görüş 2:0 hesabı ilə başa çatıb. Hər iki qol birinci hissədə vurulub: 35-ci dəqiqədə braziliyalı müdafiəçi Qaleno, 42-ci dəqiqədə Kot-d-İvuarlı Frank Kessi fərqlənib. Qaleno və Kessie ilə yanaşı, "Əl-Əhli" sıralarında "Çelsi"nin keçmiş qapıçısı Eduard Mendi, "Leicester" və "Mançester Siti"nin keçmiş hücumçusu Riyad Mahrez, "Liverpool"un keçmiş hücumçusu Roberto Firmino və "Brentford" keçmiş oyunçusu İvan Toney yer alır.
Bütün xəbərlər Facebook səhifəmizdə