Daun sindromlu uşaqlar üçün futbol tədbiri təşkil olunub

SOCAR-ın “Sosial qayğı proqramı” çərçivəsində şirkətin təşəbbüsü və “Sumqayıt” Futbol Klubunun təşkilati dəstəyi ilə SOCAR-ın “Sosial qayğı proqramı” çərçivəsində şirkətin təşəbbüsü və “Sumqayıt” Futbol Klubunun təşkilati dəstəyi ilə daun sindromlu uşaqlar üçün futbol tədbiri təşkil olunub.

SİA xəbər verir ki, Misli Premyer Liqasının XXXII turu çərçivəsində keçirilən “Sumqayıt” - “Neftçi” qarşılaşmasından əvvəl təşkil olunan tədbir çərçivəsində SOCAR-ın sponsorluq etdiyi “Sumqayıt” və “Neftçi” komandalarının oyunçularının iştirakı ilə Daun sindromlu uşaqlar arasında dostluq matçı keçirilib.

Hər iki komandanın futbolçuları oyundan əvvəl meydana üzərində “Fərqli deyil, xüsusiyik!” yazısı ilə çıxıblar. Həmçinin, yoldaşlıq oyununda və qarşılaşmanın startı ərəfəsində futbolçuları müşayiət edən uşaqlar da meydana üzərində sözügedən şüarı əks etdirən formaları ilə daxil olublar. Sonra hər iki klubun sponsorları, həmçinin tərəfdaşlar və təşkilatçılar tərəfindən iştirakçı uşaqlara hədiyyələr təqdim edilib.

“Sumqayıt” və “Neftçi” klublarının futbolçuları oyuna tədbir iştirakçısı olan uşaqların müşayiəti ilə çıxıblar. Uşaqlar valideynləri ilə birgə "Sumqayıt" və "Neftçi" kollektivləri arasında olan qarşılaşmasını izləyiblər.

Layihə Daun sindromlu uşaqlar üçün motivasiya mühiti formalaşdırmaq, eyni zamanda onların psixoloji rifahının yüksəldilməsinə, özünəinam hissinin artırılmasına, cəmiyyətdə inklüzivlik dəyərlərinin təşviqinə dəstək göstərmək məqsədi daşıyır.

Qeyd edək ki, Daun sindromlu insanlar, o cümlədən uşaqlar ölkəmizdə tam dövlət qayğısı ilə əhatə olunub, onların hüquqlarının müdafiəsi, reabilitasiyası, bacarıqlarının və vərdişlərinin inkişaf etdirilməsi ilə bağlı məsələlər daim diqqətdə saxlanılır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi 2013-cü ildən fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə