Türkiyənin “Trabzonspor” klubu İran çempionu olmağa əsas namizəd Təbrizin “Traktor” klubu ilə bağlı maraqlı paylaşım edib. SİA xəbər verir ki, paylaşımda bu sözlər yazılıb: “2024/2025 mövsümündə İran Pro Liqası çempionluğu yolunda inamla addımlayan Azərbaycan türklərinin qüruru “Traktor” klubunu dəstəkləyirik. Möhtəşəm tərəfdarları ilə birlikdə sərgilədikləri əzm, mübarizə və qərarlılıq sadəcə futbol meydanlarında deyil, türk dünyasının könlündə də böyük iz buraxır. “Traktor”u çıxdığı bu çempionluq yolunda təbrik edirik və uğurları ilə qürurlanmaqlarının davamını diləyirik. Yolunuzun sonu çempionluq olsun!”.
Bütün xəbərlər Facebook səhifəmizdə