"Mançester Siti" İngiltərə Federasiya Kubokunun finalına vəsiqə qazanıb

"Mançester Siti" İngiltərə Federasiya Kubokunun finalına vəsiqə qazanıb

İngiltərə Federasiya Kubokunda finala yüksələn ikinci komanda bəlli olub.

SİA xəbər verir ki, "Mançester Siti" yarımfinalda "Nottingem"ə 2:0 hesabı qalib gələrək həlledici qarşılaşmaya vəsiqə qazanıb.

Komanda bu raundda ötən gün "Aston Villa"nı 3:0 hesabı ilə üstələyən "Kristal Pelas"la üz-üzə gələcək.

Görüş mayın 17-də təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə