Azərbaycan Basketbol Liqasında bu gün yarımfinal mərhələsinin növbəti oyunu keçiriləcək
Azərbaycan Basketbol Liqasında bu gün yarımfinal mərhələsinin növbəti oyunu keçiriləcək. SİA-nın məlumatına görə, Bakı İdman Sarayında "Neftçi" "Abşeron"la üz-üzə gələcək.
Qarşılaşmanın start fiti saat 14:00-da səslənəcək.
Seriyada iki qələbə qazanan komanda adını finala yazdıracaq. Tərəflər arasında növbəti matç aprelin 29-da baş tutacaq.
Qeyd edək ki, ötən gün yarımfinal mərhələsinin açılış görüşündə "Sabah" "Şəki"yə 86:73 hesabı ilə qalib gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə