Helikopter qəzasında ölən basketbolçunun geyindiyi ilk forma rekord qiymətə satılıb

2020-ci ildə helikopter qəzasında 13 yaşlı qızı Gianna ilə birlikdə həyatını itirən Milli Basketbol Assosasiyası (NBA) təmsilçisi "Los Anceles Leykers"in sabiq oyunçusu Kobe Brayantın geyindiyi ilk forma rekord qiymətə satılıb. SİA "Reuters"ə istinadən xəbər verir ki, "Sotheby's" hərrac evi tərəfindən satışa çıxarılan forma 7 milyon dollara alınıb.

K.Brayant bu formanı 1996/1997 mövsümündə, 18 yaşında meydana çıxdığı ilk oyununda geyinmişdi. Basketbolçu il matçında cəmi 6 dəqiqə meydnda olmuş və xal qazanmamışdı.

Qeyd edək ki, bu, sabiq beysbolçu Beyb Rut, basketbolçu Maykl Cordan və argentinalı əfasanəvi futbolçu Dieqo Maradonanın formasından sonra satılan dördüncü ən bahalı idman geyimi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə