Türkiyə nəhəngi “Dinamo”nun hücumçusunu hədəf aldı

Türkiyənin “Beşiktaş” klubu Kiyev “Dinamo”sunun hücumçusu Vladislav Vanatı transfer etmək imkanını nəzərdən keçirir. SİA xəbər verir ki, bu barədə “Fotospor” məlumat yayıb. Superliqa nəhəngi 23 yaşlı forvardı diqqətlə izləyir və yayda onun üçün 10 milyon avro ödəməyə hazırdır. Vanatın kiyevlilərlə müqaviləsi 2027-ci ilin yayına qədərdir və “Transfermarkt” portalı onu 11 milyon avro qiymətləndirir. 2024/25 mövsümündə futbolçu bütün turnirlərdə 39 oyun keçirib, 19 qol vurub, 5 qol ötürməsi edib.

Bütün xəbərlər Facebook səhifəmizdə