Cüdoçularımız Avropa çempionatında daha iki medal qazanıblar

Azərbaycan Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə Avropa çempionatında növbəti medallarını qazanıb.

SİA xəbər verir ki, Zelim Tçkayev (81 kiloqram) və Murad Fətiyev (90 kiloqram) üçüncü yer uğrunda görüşdə rəqiblərinə qalib gələrək bürünc mükafata sahib çıxıblar.

Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçularından Əhməd Yusifov (60 kiloqram) və Rəşid Məmmədəliyev (73 kiloqram) bürünc medal qazanıblar.

Avropa çempionatına aprelin 26-da yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə