Türkiyənin "Trabzonspor" klubunun U-19 komandası UEFA Gənclər Liqasında finala yüksəlib.
SİA xəbər verir ki, Qara dəniz təmsilçisi yarımfinalda Avstriyanın "Zaltsburq" kollektivini mübarizədən kənarlaşdırıb.
Nyon şəhərindəki "Kolovrey" idman mərkəzinin stadionunda keçirilən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Trabzonspor" finalda "AZ Alkmaar" - "Barselona" cütünün qalibi ilə üz-üzə gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə