“Prezident Kuboku-2025” beynəlxalq reqatasına Suqovuşanda start veriləcək

Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən “Prezident Kuboku-2025” beynəlxalq reqatasında yarışlara 2025-ci il aprelin 30-u tarixi torpağımız Suqovuşanda start veriləcək. SİA xəbər verir ki, Avropa, Asiya və Afrikadan 20-dən artıq ölkədən 200-dən çox idmançının mübarizə aparacağı reqatanın rəsmi açılış mərasimi keçiriləcək.

Rəsmi hissədən sonra su üzərində şoular və avarçəkənlərin nümunəvi çıxışları baş tutacaq. Daha sonra idmançılar 200 metr məsafədə ilk medallar uğrunda mübarizə aparacaqlar. Suqovuşan sakinləri bu mötəbər yarışa dəvətlidir!

Bütün xəbərlər Facebook səhifəmizdə