Azərbaycan parataekvondoçuları Çində "Prezident Kuboku" turnirində iştirak edəcəklər

Azərbaycan parataekvondoçuları Çinin Taiyan şəhərində keçiriləcək "Prezident Kuboku" turnirində iştirak edəcəklər. SİA xəbər verir ki, K44 kateqoriyasında Sabir Zeynalov (58 kq), Amin Şıxalıyev (63 kq), İmaməddin Xəlilov (70 kq) və Orxan Cəfərov (80 kq) mübarizə aparacaqlar.

Aprelin 25-də keçiriləcək yarış Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.

Bütün xəbərlər Facebook səhifəmizdə