Cənubi Afrika Respublikasının "Durban Siti" klubunun futbolçusu Sinamandla Zondi vəfat edib. SİA xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müdafiəçi 22 yaşında həyatını itirib. O, aprelin 22-də II Liqada "Milford"a qarşı keçirəcəkləri oyundan əvvəl isinmə hərəkətləri zamanı yıxılıb. Oyunçu xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Qeyd edək ki, Sinamandla Zondi 2021-ci ildə peşəkar debütünü gerçəkləşdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə