Azərbaycan cüdoçusu Əhməd Yusifov Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
SİA xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 3-cü yer uğrunda görüşdə ispaniyalı üçqat qitə çempionu Fransisko Qarriqosu məğlub edib. Bu, yığmanın hazırkı turnirdə ilk medalı olub.
Bu gün mübarizəyə qoşulan digər cüdoçular - Turan Bayramov (60 kiloqram), Ruslan Paşayev (66 kiloqram), Könül Əliyeva (48 kiloqram) və Gültac Məmmədəliyeva (52 kiloqram) yarışı medalsız başa vurublar.
Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə