Misli Premyer Liqasında XXXI tura start verilib.
SİA xəbər verir ki, günün yeganə oyununda “Araz-Naxçıvan” “Turan Tovuz”u qəbul edib. “Liv Bona Dea Arena”da reallaşan görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Naxçıvan təmsilçisi 53 xalla 3-cü, Tovuz klubu isə 48 xalla 4-cü sırada qərarlaşıb.
Tur aprelin 20-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə