"Araz-Naxçıvan" - "Turan Tovuz" oyununda qalib müəyyənləşməyib

18 Aprel 2025 21:59 (UTC+04:00)

Misli Premyer Liqasında XXXI tura start verilib.

SİA xəbər verir ki, günün yeganə oyununda “Araz-Naxçıvan” “Turan Tovuz”u qəbul edib. “Liv Bona Dea Arena”da reallaşan görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Naxçıvan təmsilçisi 53 xalla 3-cü, Tovuz klubu isə 48 xalla 4-cü sırada qərarlaşıb.

Tur aprelin 20-də başa çatacaq.