Azərbaycanın futzal millisinin qapıçısı Rövşən Hüseynlinin Avropa çempionatının əsas mərhələsində keçiriləcək İsveç və Xorvatiyaya qarşı oyunlardan əvvəl heyətdən kənarlaşdırılmasının səbəbi müəyyənləşib. SİA-nın əldə etdiyi məlumata görə, təcrübəli qapıçı intizamsızlıq səbəbindən heyətdən çıxarılıb.
Belə ki, o, təlim-məşq toplanışı ərzində komanda ilə birlikdə bazada qalmayıb və məşqlərə evdən gəlib-getmək istədiyini bildirib. Həmçinin futzalçı dünən axşam məşqindən sonra komanda yoldaşları ilə birlikdə avtobusa minməyib.
Bu səbəbdən millinin baş məşqçisi Vitali Borisov onu heyətdən kənarlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə