Rövşən Hüseynlinin millidən kənarlaşdırılmasının səbəbi müəyyənləşib

7 Aprel 2025 11:47 (UTC+04:00)

Azərbaycanın futzal millisinin qapıçısı Rövşən Hüseynlinin Avropa çempionatının əsas mərhələsində keçiriləcək İsveç və Xorvatiyaya qarşı oyunlardan əvvəl heyətdən kənarlaşdırılmasının səbəbi müəyyənləşib. SİA-nın əldə etdiyi məlumata görə, təcrübəli qapıçı intizamsızlıq səbəbindən heyətdən çıxarılıb.

Belə ki, o, təlim-məşq toplanışı ərzində komanda ilə birlikdə bazada qalmayıb və məşqlərə evdən gəlib-getmək istədiyini bildirib. Həmçinin futzalçı dünən axşam məşqindən sonra komanda yoldaşları ilə birlikdə avtobusa minməyib.

Bu səbəbdən millinin baş məşqçisi Vitali Borisov onu heyətdən kənarlaşdırıb.