Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu – XX turunda "Sabah" "Naxçıvan"a qalib gəlib. SİA-nın məlumatına görə, Bakı İdman Sarayında baş tutan oyun "bayquşlar"ın 111:89 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, XX turun əvvəlki matçlarında "Şəki" "Lənkəran"ı 107:78, “Ordu” “Quba”nı 97:88, "Neftçi" "Abşeron"u 85:77, "Sərhədçi" isə NTD-ni 103:77 hesabı ilə məğlub edib.
Bütün xəbərlər Facebook səhifəmizdə