Azərbaycan Basketbol Liqası: "Sabah" "Naxçıvan"a qalib gəlib

6 Aprel 2025 14:42 (UTC+04:00)

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu – XX turunda "Sabah" "Naxçıvan"a qalib gəlib. SİA-nın məlumatına görə, Bakı İdman Sarayında baş tutan oyun "bayquşlar"ın 111:89 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, XX turun əvvəlki matçlarında "Şəki" "Lənkəran"ı 107:78, “Ordu” “Quba”nı 97:88, "Neftçi" "Abşeron"u 85:77, "Sərhədçi" isə NTD-ni 103:77 hesabı ilə məğlub edib.