"Yoldaşlıq görüşü keçirəcəyimiz millilər bizdən üstündür" - Sabiq baş mışqçi AÇIQLADI

"Hər bir yoldaşlıq görüşünün öz məqsədləri olur". Bunu SİA-ya Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.

O bildirib ki, bu cür oyunlar komandanın formalaşmasına, cəlb edilməsinə, müxtəlif taktiki planların həyata keçirilməsinə və s. bu istiqamətdə istifadə olunur: "Rəqiblərimiz Haiti və Belarus millisidir. Belaruslarla bizim oyunlarımız olub, keçirdiyimiz matçlarda qələbə də qazanmışıq, heç-heçə də etmişik. Bu baxımdan bu rəqib bizə tanışdır. Haiti ilə ilk dəfədir ki, görüşürük. Bu başqa bir kontinengentin millisidr. Oyun fəlsəfəsi tam fərqlidir. Bəzən deyirlər zəif rəqiblər seçilir. Amma bu iki milli bizim komandamızdan üstü pillədədir. Bizdən 30-40 pillə aşağıdadır. Belə oyunlar millimizin xeyrinə ola bilər. Əsas burada millimizə qələbə vacibdir. Son dəfə iyun ayında Qazaxıstan üzərində qələbə olub. Bu səbəbdən yüksək nəticə önəmlidir ki, komanda psixoloji baxımdan qələbə ruhunu qaytarmaq üçün milliyə kömək olsun. Siyahıdan da gördük ki, yeni gənc futbolçuları Santuş yığmaya cəlb edib. Bu da təcrübə və abu-hava və milliyə adaptasiya olmaq üçün müsbət haldır".

Qeyd edək ki, millimiz martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti, martın 25-də isə “Bank Respublika Arena”da Belarus yığması ilə yoldaşlıq görüşü keçirəcək.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə