"Komandamız yeniyetmə gənclərdən ibarətdir". Bunu SİA-ya açıqlamasında qadın güləşçilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Toğrul Əsgərov deyib.
O, Albaniyanın paytaxtı Tiranada da keçirilən Avropa çempionatında komandasının çıxışını dəyərləndirib.
Mütəxəssisin sözlərinə görə, onlar üzərlərinə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışıb: "Əsas məqsədimiz yeniyetmə idmançılar gələcək Olimpiya oyunlarına hazırlayıb, medallarla geri dönməsidir. Bunun üçün əlimizdən nə gəlirsə edirik. Ötən müsahibələrin birində qeyd etmişdim ki, komandamız 17-20 yaşlı gənclərdən ibarətdir. Bu sevindirici haldır ki, komanda çox gəncdir və onların gələcəyi parlaqdır".
Əsgərov bildirib ki, komanda heyəti və Federasiyanın dəstəyi ilə bütün gücümüzü səfərbər etmişik ki, uğur qazanaq: "Günay Qurbanova (69 kq) hal-hazırda 17 yaşındadır. Gənclərdən ibarət Avropa-dünya çempionatına hələ qoşulmayıb. Bundan sonra 3 il gənclərlə güləşməli, 3 il ümumilikdə güləşməlidir. O, artıq 6 il öncə öz performansını göstərib, medal qazandı. Əlbəttə, bu sevindirici haldır. Biz istəmirik ki, idmançılarımızı tələsdirək. Onları vaxtından əvvəl böyüklərarası yarışlarda xalça üzərində oyun nümayiş etdirməsini istəmirik. Düşünürəm ki, zamanla bunları etsək, daha doğru nəticə əldə etmiş olarıq".
Qeyd edək ki, Avropa çempionatında iştirak edən qadınlardan ibarət millimiz tarixdə ilkə atıb. Belə ki, Günay Qurbanova (59 kq), Elnurə Məmmədova (53 kq) hər iksi qızıl, Əsmər Cankurtaran (50 kq) bürünc, Gültəkin Şirinova (57 kq), Ruzanna Məmmədova (65 kq) yarışı medalsız başa vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə