XXVII turun açılış oyununda "Araz-Naxçıvan" "Şamaxı" ilə üz-üzə gələcək

Futbol üzrə Misli Premyer Liqasında XXVII tura bu gün start veriləcək. SİA-nın məlumatına görə, günün yeganə oyununda "Araz-Naxçıvan" "Şamaxı" ilə üz-üzə gələcək.

Qarşılaşma saat 19:00-da "Liv Bona Dea Arena"da start götürəcək. Naxçıvan təmsilçisi 46 xalla üçüncü, qonaqlar 27 xalla yeddinci pillədə qərarlaşıb.

Misli Premyer Liqası
III dövrə, XXVII tur
14 mart
19:00. “Araz-Naxçıvan” – “Şamaxı”
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
"Liv Bona Dea Arena"

Qeyd edək ki, tura martın 16-da yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə