“Hər idmançıya bu hissləri yaşamağı arzu edirəm”.
SİA xəbər verir ki, bunu Azərbayxan millisinin qadın güləşçisi Günay Qurbanova (59 kq) deyib.
O, Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatındakı nəticəsini şərh edib.
Qızıl medal mükafatçısı bildirib ki, bu nəticəsinə görə, çox xoşbəxtdir: “Məşqçilər korpusuna və Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə bizə bu şəraiti yaratdıqlarına görə minnətdaram. Onların əziyyər yerdə qalmadı. Daim qızıl medal düşünürdüm. Baş məşqçimiz Toğrul Əsgərov mənə hər zaman motivasiya verirdi və inandırırdı ki, mən bunu bacaracam. Bizə dəstək olan bütün azarkeşlərimizə minnətdaram. Bu uğurlarımın davamınl gətirəcəm”.
Qeyd edək ki, qadın güləşçilərimiz bu çempionatda göstərdikləri nəticəyə görə tarixə imza atıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə