"Barselona”nın ulduzları “Liverpul”un misirli cinah futbolçusu Məhəmməd Salahı komandada görmək istəmir. SİA xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb. Mənbənin sözlərinə görə, ispaniyalı vinger Lamin Yamal və braziliyalı vinger Rafinya 32 yaşlı misirlinin kluba transferinə veto qoyub. Hər iki oyunçunun hücumun sağ cinahında oynadığından, Məhəmmədin gəlişi Yamalın inkişafına mane ola bilər. “Barselona” rəhbərliyi də anlayır ki, Salahın gəlişi komandada disbalans yarada bilər. Misirlinin pulsuz transfer edilmə variantına bilməsinə baxmayaraq, klub soyunub-geyinmə otağında və meydanda əhval-ruhiyyəni pozmaq istəmir. Qeyd edək ki, Salahın “Liverpul”la müqaviləsi bu yay başa çatır.
Bütün xəbərlər Facebook səhifəmizdə