Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 Avropa çempionatı davam edir.
SİA xəbər verir ki, bu gün qadın güləşi üzrə son medalçılar müəyyənləşib.
Gültəkin Şirinova (57 kiloqram) təsəlliverici görüşdə türkiyəli Əminə Çakmaka 7:5 hesabıyla qalib gəlsə də, bürünc medal uğrunda qarşılaşmada rumıniyalı Georgiana Lirkayla bacarmayıb – 2:9. Elnurə Məmmədova (53 kiloqram) finalda rusiyalı Yekaterina Karpuşkinayla qarşılaşıb. Rəqibinə 3:0 hesabıyla qalib gələn Elnurə Avropa çempionu olub. Ruzanna Məmmədova (65 kiloqram) bürünc medal görüşündə ukraynalı Oleksandra Rıbaka 2:8 hesabıyla məğlub olub.
Bütün xəbərlər Facebook səhifəmizdə