”Bakıda olmaqdan çox məmnunam”.
SİA xəbər verir ki, bunu Portuqaliya millisinin və “Mançester Yunayted”in sabiq futbolçusu Luiş Nani Bakıda keçiriləcək dünya çempionatının püşkatma mərasimindən sonra jurnalistlərə açıqlamasında qeyd edib.
O bildirib ki, Bakıda olmaqdan çox məmnundur: “Bakıda çox gəzmək imkanım olmadı. Bundan öncə “Qarabağ” komandası ilə qarşılaşmamızda “Sportinq” lə gəlmişdim. Bu gün bu təcrübəni yaşamaqdan çox xoşbəxtəm”.
Qeyd edək ki 32 komandanın iştirak edəcəyi dünya çempionatı mayın 21-dən iyunun 1-dək Bakıda təşkil olunacaq.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə