Dünya çempionatının püşkatma mərasimi keçirilib - FOTO

Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçirilib.

SİA xəbər verir ki, mərasimdə Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycan Futbol Federasiyaları Assosasiyasının prezidenti Rövşən Nəcəf, Azərbaycan Minifutbol Federasiyasının Prezidenti Orxan Məmmədov, vitse-prezident Taleh Nəsibov, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov, müxtəlif idman federasiyalarının rəsmiləri, futbolçular və media mənsubları iştirak ediblər.

Mərasimdə öncə Dövlət Himni səsləndirib, daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Bakı şəhərinə həsr olunmuş video-çarx nümayiş etdirilib.

Minifutbol üzrə Azərbaycan milli komandanın kapitanı Seymur Məmmədov dünya çempionatının kubokunu təqdim edib.

Dünya Minifutbol Federasiyasının prezidenti Fillip Juda Azərbaycanda bu idman növü üzrə son 8 ildə aparılan işləri yüksək qiymətləndirib: “Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədova təşəkkür edirik. Çünki onun sayəsində böyük işlər görüb. Sizin səyləriniz dünya çempionatının Bakıda keçirilməsi ilə nəticələnib. Siz öz sayənizdə minifutbolun populyarlaşmasına səbəb olmusunuz. Siz olmasanız bu ölkədə minifutbol bu qədər tanınmayavaqdır. Dünən mən minifutbol üzrə çempionatınızda iştirak etdim. Çox möhtəşəm atmesfer var idi. Buna görə sizin hər birinizi təbrik edirəm. 2025-ci ilin minifutbol kubokunda hər birinizi gözləyirəm”.

Gənclər və İdman naziri Fərid Qayıbov hər kəsi salamlayaraq, minifutbolun ölkəmizdəki önəmindən danışıb: “ Cənab Prezident İlham Əliyev minifutbol millimizi Avropa çempionu olandna sonra birbaşa qəbul edərək, onları təbrik etmişdir. Bu bizim üçün çox sevindirici hal idi. Dünya çempionatı ölkəmizdə keçiriləcək. Çox sevindirici bir haldır. Fillip Judoya təşəkkür edirik ki, bizə böyük etimad göstərirlər. Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədova da minnətdarıq ki, onlar bir sıra mötəbər yarışlara yüksək səviyyədə təşkil ediblər. Belə tədbirlərdə çox saylı könüllülər iştirak edir. Hər kəsə uğurlar arzulayırıq”.

AFFA-nın prezidenti Rövşən Nəcəf vurğuıayıb ki, idmanda böyük uğurlara imza atırıq: “Azərbaycan xalqının futbola qarşı böyük sevgisi var. Orxan Məmmədovun sayəsində bu çempionatına ev sahibliyi edəcəyik. Öz ruhunuza etimad edirsinizə bir çox şeyə imza ata bilərsiniz. Bu Dünya çempionatında ən yaxşı olan qazansın”.

Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov hər kəsə təşəkkürləri üçün minnətdarlığını bildirib: “Bakıda dünya çempionatlığına ev sahibıiyi etmək möhtəşəm hissdir. Hər birinizə uğur arzulayıram. Komandalar və azarkeşlər üçün inanılmaz bir təcrübə olacaq. Biz bir çox beynəlxalq yarışlara ev sahibliyi edərək, idmanın inkişafına xüsusilə də minifutbolun tanınmasına təkan veririk. Azərbaycan üçün bu çox vacibdir. 2022-ci ildə ölkəmizdə Avropa çempionatı keçirilmişdir. Prezident İlham Əliyev şəxsən çempionlarımızla görüşərək böyük motivasiya verdi. İdmana böyük sevgi və ithaf hissi ilə əmin edirik ki, hər bir komanda burada hər şeydən məmnun ayrılacaq. İnanırıq ki, bu yarış heç vaxt unudulmayacaq. Sizləri Bakıda görmək bizim üçün şərəfdir”.

Rəsmi çıxışlardan sonra Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən beynəlxalq yarışların icmalı və minifutbol üzrə dünya çempionatı ilə bağlı video-çarx tamaşaçılara təqdim edilib.

Daha sonra dünya çempionatınım püşkatma mərasimi keçirilib.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə