Paris-2024 Yay Olimpiya Oyunlarının boks yarışında qızıl medal qazanan Lazizbek Mullajonov (92 kq) Bakıya gəlib. SİA xəbər verir ki, özbəkistanlı dəri əlcək ustası ölkəmizdə təlim-məşq toplanışı keçəcək.
Onun Azərbaycandakı 30 günlük məşq prosesində məqsəd paytaxtda təşkil olunacaq “Böyük İpək Yolu” beynəlxalq turnirinə hazırlıqdır.
Olimpiya çempionu ağır çəkili boksçularımız Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayevlə (+92 kq) birgə məşq edəcək. Bu, onların turnirə yaxşı hazırlaşması üçün faydalı olacaq.
Qeyd edək ki, L.Mullajonovu Heydər Əliyev Beynəlxalq Aeroportunda Paris-2024-ün finalındakı rəqibi Alfonso Dominqes qarşılayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə