Şəkidə boks üzrə zona birinciliyi keçirilir

Şəkidə məktəbli oğlan boksçular arasında zona birinciliyi start götürüb. SİA xəbər verir ki, boks idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, perspektivli idmançıların müəyyənləşdirilməsi üçün təşkil olunan ilk yarış Şəki Olimpiya İdman Kompleksində keçirilir.

6 gün davam edəcək yarışda 31 komandanın 151 boksçu gücünü yoxlayır. 17 çəki dərəcəsində fərqlənəcək idmançılar birinciliyin Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə