Azərbaycan Həndbol Federasiyasının rəsmisi təyinat alıb

Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri İsgəndər Əsgərov növbəti təyinat alıb. Bu barədə SİA-ya AHF-nin mətbuat xidmətindən məlumat verilib.

Təcrübəli mütəxəssis kişi həndbolçular arasında AVRO-2026-nın seçmə mərhələsində Gürcüstan – Bosniya və Herseqovina oyununda Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma martın 13-də Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə