Bakıda yeni idman zalı və minifutbol meydançası tikiləcək

Gənclər və İdman Nazirliyi Bakının Yeni Yasamal-1 yaşayış kompleksində yeni idman zalı və minifutbol meydançasının tikintisinə hazırlaşır. SİA bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, artıq bununla bağlı hazırlığa başlanılıb. Tikinti işlərinə 1 milyon manat xərclənəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə