“Dünya çempionatında əlimdən gələni edəcəm” - Güləşçi DANIŞDI

“Karyeramın ən böyük uğuruna imza atdım”.

SİA xəbər verir ki, bunu Azərbaycan millisinin sərbəst güləşçisi Rəhman İmanov (57 kq) deyib.

O, Albaniyanın paytaxtı Tiranada da keçirilən Avropa çempionatındakı nəticəsini dəyərləndirib.

Bürünc medal mükafatçısı vurğulayıb ki, medalsız qalmadığı üçün sevinclidir: “Əziyyət çəkdim. Sonunda bacardım. İlk görüşdə 11:0 qalib gəldim, ikinci isə daha ağır keçdi 8:6 hesabı ilə qələbə qazandım. Bundan sonra dünya çempionatına hazırlaşacam. Orda da nəticə əldə etməyim üçün var gücümlə mübarizə aparacam”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə