Avropa çempionları Vətənə geri dönüb

Albaniyanın paytaxtı Tiranada keçirilən U23 Avropa çempionatında sərbəst güləş üzrə komanda hesabında birinci yer tutan Azərbaycan millisi Vətənə geri dönüb. SİA xəbər verir ki, güləşçiləri Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Güləş Federasiyasının nümayəndələri, ailə üzvləri, yaxınları və media mənsubları qarşılayıb.

Təmsilçilərimiz 9 medal qazanıblar. Əldə olunan medallardan birinin əyarı qızıl, dördü gümüş, dördü isə bürüncdür.

169 xal toplayan millimiz Türkiyə (117) və Ukraynanı (104) arxada qoyub. Bu, Azərbaycan sərbəst güləşilərinin ardıcıl 4-cü çempionluğu olub.

Qeyd edək ki, Arseniy Djioyev (86 kq) qızıl, Ceyhun Allahverdiyev (61 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq) və Fərid Cabbarov (79 kq) gümüş, Rəhman İmanov (57 kq), Murad Haqverdiyev (65 kq), Sadiq Mustafazadə (92 kq) və Yusif Dursunov (125 kq) isə bürüncə sahib olublar.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə