Azərbaycan – Belarus oyununun biletləri bu gün satışa çıxarılıb

Azərbaycan millisinin Belarusla oyununun biletləri satışa çıxarılıb. SİA xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Yoldaşlıq görüşü çərçivəsində keçiriləcək Azərbaycan – Belarus oyununun biletləri bu gün satışa çıxarılıb. Biletlərin qiymətləri 1-ci kateqoriya 5, 2-ci kateqoriya 2, VİP isə 10 manat təşkil edir.

Biletləri iTicket.az satış məntəqələrində, həmçinin “Gənclik Mall”, “28 Mall”, Köşk No1 (Sahil m. M.Rəsulzadə 3), Köşk No2 (Bülbül prospekti, Nizami küç.), 1, 2, 3, 4 Saylı ASAN xidmət mərkəzləri, 1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzində əldə etmək olar. Oyun günü matçın keçiriləcəyi stadionun kassalarında da bilet satışı təşkil olunacaq.

Qeyd edək ki, martın 25-də “Bank Respublika Arena”da keçiriləcək matç saat 21:45-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə