"Sumqayıt" Premyer Liqada 10-cu dəfə böyükhesablı qalibiyyət əldə edib

"Sumqayıt" Azərbaycan Premyer Liqası tarixində 10-cu dəfə böyükhesablı qələbə qazanıb. SİA Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, XXVI turda "Kəpəz"lə üv oyununa təsadüf edib.

Vaqif Cavadovun baş məşqçisi olduğu komanda 3:0 hesabı ilə qalib gəlib. "Gənclik şəhəri" təmsilçisi cari mövsüm çempionatda ilk dəfə böyükhesablı qalibiyyətə sevinib.

10 qələbədən 6-sı evdə, 4-ü səfərdə qeydə alınıb. “Sumqayıt” sonuncu böyükhesablı qələbəsini 2024-cü il aprelin 19-da qazanmışdı. Komanda səfərdə “Turan Tovuz”u 4:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu, həm də Cavadovun baş məşqçi kimi Premyer Liqada ilk böyükhesablı qələbəsi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə