Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə start veriləcək

Bu gün kişi basketbolçular arasında Azərbaycan kubokunda 1/4 final mərhələsinə start veriləcək. SİA xəbər verir ki, ilk oyun günündə 2 matç baş tutacaq.

Hər iki qarşılaşma Bakı İdman Sarayında keçiriləcək. Günün ilk matçında “Şəki” və NTD qarşılaşacaq. Digər görüşdə “Naxçıvan”la “Abşeron” üz-üzə gələcək.

Azərbaycan kuboku

11 mart

16:00. “Şəki” – NTD
Bakı İdman Sarayı

19:00. “Naxçıvan” – “Abşeron”
Bakı İdman Sarayı

Qeyd edək ki, 1/4 final mərhələsinə sabah keçiriləcək iki qarşılaşma ilə yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə