Neymar buraxdığı matçdan bir neçə gün əvvəl karnavala qatılıb

Neymar buraxdığı matçdan bir neçə gün əvvəl karnavala qatılıb. SİA xəbər verir ki, “Santos” Paulista Liqasının yarımfinalında “Korintians”a 1:2 hesabı ilə uduzaraq turnirdən kənarlaşdırılıb. Neymar matçı ehtiyat oyunçular skamyasında keçirib və cümə axşamı “narahatlıq hiss etdiyini” izah edib. Amma iddia edilən zədədən iki gün əvvəl forvard həyat yoldaşı və dostları ilə Rio-de-Janeyroda keçirilən karnavalda iştirak edib. “Estadao” yazır ki, futbolçu gecə saatlarına qədər samba məktəbinin çıxışlarına baxıb.

Qeyd edək ki, futbolçunun bacısı Rafaella Bekran martın 11-də ad gününü qeyd edir. Keçmişdə Neymar müxtəlif səbəblərdən bir neçə dəfə bu tarixə təsadüf edən matçları buraxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə