Məşhur pozun sahibi Avropa çempionu oldu

Avropa Çempionatında 10 metr məsafəyə pnevmatik tapançadan qarışıq komanda kateqoriyasında yarışan türkiyəli atıcılar Yusuf Dikeç-Şevval İlayda Tarhan cütlüyü qızıl medal qazanıb. SİA xəbər verir ki, Xorvatiyanın Osiyek şəhərində təşkil edilən turnirdə Türkiyəni təmsil edən idmançılar Yusuf Dikeç və Şevval İlayda Tarhan seçmə yarışmada topladıqları 580 xalla qızıl medal uğrunda görüşə vəsiqə qazanıblar. Atıcılar finalda çexiyalı Viktori Sindlerova-Pavel Şeybal cütlüyünə 16-14 hesabı ilə qalib gələrək qızıl medala sahib olublar. Xatırladaq ki, Paris 2024 Olimpiadasında 10 metrdən pnevmatik tapançadan qarışıq komanda kateqoriyasında gümüş medal qazanan Yusuf Dikeç və Şevval İlayda Tarhan Türkiyəyə olimpiya tarixində atıcılıq üzrə ilk medalını qazandırıb. Yusuf Dikecin əli cibində medal qazandığı anlar həmin vaxt viral olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə