Futbol üzrə Misli Premyer Liqasında XXVI tura yekun vurulub.
SİA xəbər verir ki, günün sonuncu qarşılaşmasında "Neftçi" evdə "Turan Tovuz"u qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. "Ağ-qaralar"da 88-ci dəqiqədə Bassala Sambu, bölgə təmsilçisində isə 90+5-ci dəqiqədə Hayderson Hurtado fərqlənib.
Bu nəticədən sonra paytaxt klubu 28 xalla 6-cı, tovuzlular isə 43 xalla 4-cü pillədə qərarlaşıb.
Bu gün təşkil olunmuş ilk oyunda "Sumqayıt" "Kəpəz"in qapısından 3 cavabsız qol keçirib.
Qeyd edək ki, turun əvvəlki matçlarında “Qarabağ” “Araz-Naxçıvan”ı 3:1, “Şamaxı” “Sabah”ı, “Zirə” isə “Səbail”i 1:0 hesabı ilə məğlub edib.
Bütün xəbərlər Facebook səhifəmizdə