Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər

Azərbaycan boksçuları Macarıstanın Debretsen şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər. SİA xəbər verir ki, yarışda ölkəmizi 6 dəri əlcək ustası təmsil edəcək.

Məşqçilər heyəti Debretsendə Tural Sarıyev (50 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Əli Abdullayev (65 kq), Mehdi Həsənov (70 kq), Fəqan Məmmədov (80 kq) və Sürət Qarayevə (90 kq) şans verəcək.

Qeyd edək ki, martın 11-də start götürəcək turnir ayın 15-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə