Stolüstü tennisçilər Berlin və Havirov sınaqlarında

Stolüstü tennisçilərimiz növbəti beynəlxalq yarışlara qatılıblar. SİA xəbər verir ki, bu gün paralel olaraq Almaniyanın Berlin və Çexiyanın Havirov şəhərində “WTT Youth Contender” turnirinə start verilib.

Onur Quluzadə və Tunar Bağırov martın 10-dan 12-dək seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə Berlin, Yağmur Məmmədli və Aylin Əsgərova məşqçi Elnur Hidayətzadənin rəhbərliyi ilə Havirov sınaqlarında bacarığını göstərəcək. Martın 14-dən 16-dək isə oğlanlar Havirovda, qızlar Berlində təşkil olunan anoloji yarışda mübarizə aparacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə