Azərbaycanın beynəlxalq dərəcəli referiləri Qazaxıstandakı açıq çempionatda hakimlik edəcək
Azərbaycanın beynəlxalq dərəcəli taekvondo referiləri Rza Məcidov və Seymur Məmmədov Qazaxıstanda gənclər arasında keçiriləcək açıq çempionatda hakimlik edəcəklər. SİA xəbər verir ki, bu barədə Taekvondo Federasiyası məlumat yayıb.
Qeyd edək ki, martın 10-dan 14-dək keçiriləcək yarış dünya çempionatına seçim xarakteri daşıdığı üçün görüşlər yalnız beynəlxalq dərəcəli hakimlər tərəfindən idarə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə