Azərbaycan voleybol millilərinin Avropa Qızıl və Gümüş Liqalarındakı oyunlarının təqvimi

Azərbaycanın qadınlar və kişilərdən ibarət voleybol millilərinin Avropa Qızıl və Gümüş liqalarındakı oyunlarının təqvimi müəyyənləşib. SİA Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, hər iki yarış üç turdan ibarət olacaq.

Bütün turların nəticələri bir turnir cədvəlində toplanacaq. Yekunda ilk 4 yeri tutacaq yığmalar “Dördlər finalı”na yüksələcəklər. Qadınların yarışında 12, kişilərin mübarizəsində isə 8 ölkənin millisi iştirak edəcək.

Avropa Qızıl Liqasında çıxış edəcək qadınlardan ibarət millimizin rəqibləri Macarıstan, Sloveniya, Slovakiya, Monteneqro, Rumıniya və Xorvatiya olacaq.

Avropa Gümüş Liqasına qatılacaq kişilərdən ibarət yığmamız isə Gürcüstan, İsveç, Macarıstan, Lüksemburq, Avstriya və Farer adaları ilə mübarizə aparacaq.

Avropa Qızıl Liqası (qadınlar)

I turnir (Azərbaycan)

30 may

18:00. Macarıstan - Azərbaycan

31 may

18:00. Sloveniya – Macarıstan

1 iyun

18:00. Azərbaycan – Sloveniya

Oyunlar Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.

II turnir (Slovakiya)

6 iyun

20:00. Azərbaycan – Slovakiya

7 iyun

18:00. Monteneqro – Azərbaycan

8 iyun

18:00. Slovakiya – Monteneqro

III turnir (Xorvatiya)

13 iyun

16:30. Azərbaycan - Xorvatiya

14 iyun

16:30. Rumıniya - Azərbaycan

15 iyun

16:30. Xorvatiya – Rumıniya

Avropa Gümüş Liqası (kişilər)

I turnir (İsveç)

6 iyun

17:00. Azərbaycan - İsveç

7 iyun

17:00. Gürcüstan - Azərbaycan

8 iyun

17:00. İsveç – Gürcüstan

II turnir (Azərbaycan)

13 iyun

18:00. Lüksemburq - Azərbaycan

14 iyun

18:00. Macarıstan – Lüksemburq

15 iyun

18:00. Azərbaycan - Macarıstan

III turnir (Farer adaları)

20 iyun

19:00. Azərbaycan - Farer adaları

21 iyun

17:00. Avstriya – Azərbaycan

22 iyun

17:00. Farer adaları – Avstriya

Qeyd edək ki, qadınların Qızıl Liqasının I turu, kişilərin Gümüş Liqasının isə II turu Bakıda baş tutacaq. Oyunların keçirilmə saatı yerli vaxtla göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə