Azərbaycan millisinin voleybolçusu Macarıstan Kubokunun qalibi olub

Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimovanın çıxış etdiyi “Vaşaş Obuda” Macarıstan Kubokunun qalibi olub. SİA-nın məlumatına görə, 31 yaşlı oyunçunun şərəfini qoruduğu kollektiv finalda KNRC ilə üz-üzə gəlib.

“Vaşaş Obuda” rəqibini 3:1 hesabı ilə üstələyərək beşinci dəfə Macarıstan Kubokuna sahib çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə