Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirinə yekun vurulub. Bu barədə SİA-ya Azərbaycan Boks Federasiyasından məlumat verilib.
Azərbaycan millisi yarışda 1 qızıl və 3 bürünc medal qazanıb. Turnirin son günündə Zidan Hümbətov (54 kq) finalda Aldiyar Bahadurla (Qazaxıstan) döyüşüb. 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə qələbə qazanan boksçumuz “Adriatik incisi”nin qalibi olub.
Ondan öncə Banuçiçək Nəsirli (48 kq), Özləm Həsənova (66 kq) və İlkanə Əhmədova (+81 kq) bürünc medala yiyələniblər.
Bütün xəbərlər Facebook səhifəmizdə