MPL: "Şamaxı" və "Zirə" qələbə qazandı

Misli Premyer Liqasında XXVI turun oyunları davam edir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, turun ikinci oyun günündə iki qarşılaşma keçirilib.

"Şamaxı" doğma meydanda "Sabah"ı qəbul edib. Meydan sahibləri bir cavabsız qolla qələbə qazanıb.

"Səbail" isə səfərdə "Zirə" ilə üz-üzə gəlib. "Zirə" son dəqiqəsində vurduğu qolla qələbəyə sevinib.

Misli Premyer Liqası
XXVI tur
9 mart

"Zirə" – "Səbail" - 1:0
Qol: Ruan Renato, 90+6
Qırmızı vərəqə: Suleyman Alluş, 73 ("Səbail")
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Kamranbəy Rəhimov
VAR: Rəşad Əhmədov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Ceyhun Haşımov
Zirə İK stadionu

"Şamaxı" – "Sabah" - 1:0
Qol: Edqar Adilxanov, 30
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: İmanxan Sultani
Şamaxı şəhər stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə