“Barsa” onu hədəfə aldı

"Barselona” Fransanın “Marsel” klubunun ingilis hücumçusu Meyson Qrinvudla maraqlanır. SİA xəbər verir ki, bu barədə İspaniyanın “El Gol Digital” nəşri məlumat yayıb. Xatırladaq ki, 2022-ci ildə Meyson Qrinvud sevgilisinə qarşı zorakılığa görə böyük qalmaqala qarışmışdı və buna görə də uzun müddət futboldan kənarda qalmışdı. Meyson Qrinvud 2024/25 mövsümündə klubda 24 oyuna çıxıb, 15 qol vurub və 4 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı onun dəyərini 35 milyon avro qiymətləndirir.

Bütün xəbərlər Facebook səhifəmizdə