İtaliyanın "Milan" komandası heyətini yeni futbolçu ilə gücləndirib.
SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, Milan şəhərinin eyniadlı təmsilçisi Portuqaliya millisinin hücumçusu Joau Feliksi transfer edib.
26 yaşlı forvard cari mövsümün sonunadək A Seriyası klubunun şərəfini qoruyacaq. O, yeni komandasında 79 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Joau Feliks müqavilə ilə İngiltərənin "Çelsi" klubuna məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə